“Zirə” UEFA Konfrans Liqasında cavab oyununa çıxacaq. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az xəbər verir.
Bakı təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
"Zirə" Slovakiyada "DAK 1904" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan Yovan Kaçevski idarə edəcək. Doğma meydandakı ilk dueldə Azərbaycan klubu 4:0 hesablı qələbəyə sevinib.