Bakının futbol klubunun oyunçuları Afrika yığmalarına çağırılıblar. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az “Zirə” futbol klubuna istinadən xəbər verir.
Paytaxt klubunun futbolçuları İssa Cibriela və Toni Qomes müvafiq olaraq Niger və Qvineya-Bisau millilərinə çağırılıblar. Onlar Afrika Millətlər Kubokunun seçmə mərhələsində çıxış edəcəklər.
Futbolçular Niger - Uqanda və Qvineya-Bisau - Nigeriya matçlarında iştirak edəcəklər.