Bakının futbol klubu cərimələnib. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Misli Premyer Liqasının “Turan Tovuz” - “Zirə” oyunu zamanı qonaqların 4 oyunçusu sarı vərəqə aldığı üçün paytaxt klubu cərimələnib. Belə ki, “Zirə” FK 800 AZN məbləğində cərimə olunub.
Bununla bağlı İntizam Komitəsinin iclasında müzakirələr aparılıb.