“Zirə” Avropa arenasında mübarizəyə qələbə ilə başlayıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb. "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.