"Zirə"–"Neftçi" oyununda baş verən qalmaqalla bağlı tədbir görülüb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir.
AFFA-nın İntizam Komitəsi U-16 Liqasında keçirilən matç çərçivəsində "Neftçi"nin məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb.
"Zirə" azarkeşləri tərəfindən ona fiziki təzyiq göstərilib. Buna görə "Zirə" növbəti 5 ev oyununu azarkeşsiz keçirəcək. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq qəsəbə klubu 500 AZN cərimələnib.