“Zirə” növbəti yoldaşlıq oyununa çıxıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Zirə" klubu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda Rumıniyanın "Hermanştadt" klubu ilə qarşılaşıb. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə" ilk yoxlama matçında "Orenburq"a (Rusiya) məğlub olub – 1:2.