“Zirə” tarixinin ən uğurlu startına imza atıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Belə ki, paytaxt komandası mövsümə 2 “quru” hesablı qələbə ilə başlayıb.
Rəşad Sadıqovun komandası ardıcıl olaraq “Qarabağ” və “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki “quru” hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb.
“Neftçi” hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib. “Qarabağ”da bu rəqəm 4-ə bərabərdir.