Paytaxtın Nəsimi rayonu, “20 Yanvar” dairəsində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“BMW” markalı minik avtomobili dairədə hərəkətdə olan zaman ona “Prius” markalı nəqliyyat vasitəsi çarpılıb. Nəticədə sonuncunun sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_84598" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]