Nəsimi rayonunda iki minik avtomobili toqquşub. Bu haqda bu gün, 22 dekabr tarixində APA məlumat verib.
Yol-nəqliyyat hadisəsi “20 Yanvar” metro stansiyasının yaxınlığında baş verib. Burada “BMW” markalı avtomobil “Toyota Prius” markalı nəqliyyat vasitəsinə çarpılıb. Qəza nəticəsində “Prius”un sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.