Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 dekabr tarixində Report.az məlumat verib.
Qəza Xətai rayonunun NZS qəsəbəsində baş verib. Yolu keçən 62 yaşlı piyadanı avtomobil vurub. Zərərçəkən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə araşdırılır.