Binəqədi rayonunda quldurluq edən 7 nəfər saxlanılıb. Bu haqda 3 dekabr tarixində AZƏRTAC xəbər verib.
Noyabrın 30-da saat 23:00 radələrində 28 May qəsəbəsi ərazisində 7 nəfər Goranboy rayon sakinini döyərək pulunu almışdırlar. Məlum olub ki, zərərçəkəndən 150 manat məbləğində pul mənimsənilmişdir. Polisin keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində Sulutəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunan N.İbrahimov, A.Ağayev, S.Həşimov, O.Rüstəmli, H.Bəhramov, N.Yunuslu və S.Mirzəyev saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.