Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində avtoqəza baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avtomobil yolunu keçən 50 yaşlı Sədaqət Süleymanovanı nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.