Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində qadın piyadanı avtomobil vurub. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
50 yaşlı Sədaqət Süleymanova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.