7 dekabr tarixində aeroport yolunda yol qəzası baş verib. Bu haqda Avtosfer.az xəbər verib.
Gecə saatlarında aeroport yolunda "Xəzər" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.
Qeyd edək ki, qəza törədən “Bolt” şirkətinin sürücüsüdür.