Dövlət Sərhəd Xidmətinin Akademiyasında baş vermiş yanğın zamanı zəhərlənənlər barəsində yeni məlumat var. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
6 dekabr tarixində paytaxtın Xətai rayonunda yerləşən Dövət Sərhəd Xidmətinin Akaedmiyasında yanğın baş vermişdir. Nəticədə 14 nəfər tüstüdən zəhərlənmişdir.