Bakıda ana və övladını avtomobillə vuraraq, öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 23 dekabr tarixində APA məlumat yayıb.
35 yaşlı Taleh Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar “Ravon” markalı nəqliyyat vasitəsilə taksi xidməti göstərən zaman Sabunçu dairəsi yaxınlığında yolu keçən ana və 2 azyaşlı uşağını vurmuşdur. Nəticədə ana və oğlu yerində dünyasını dəyişmiş, qız isə xəsarət almışdır.