Bu gün, 20 dekabr saat 14:00 radələrində Bakının mərkəzində yerləşən “Sovetski” ərazisindən keçən 65 saylı marşrut avtobusları Murtuza Muxtarov küçəsində ilişib qalıb. Bu haqda Qafqazinfo məlumat verib.
Daşıyıcı şirkət tərəfindən verilən məlumata görə, avtomobillərin küçədə səliqəsiz park edilməsi səbəbindən hərəkət 1 saata yaxın tamamilə dayanıb.