Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobil qaçıran şəxs saxlanılıb. Bu barədə bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Şəhər sakini H.Əhmədova məxsus “Forland” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-yə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini Tural Rəhimov avtomobillə birgə tutulub.
Faktla bağlı araşdırma aparılır.