Avtoqəzaya düşən Bakı sakini 7 gün sonra dünyasını dəyişib. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
12 dekabr tarixində paytaxtın Binəqədi rayonunda “JAC” markalı nəqliyyat vasitəsi yolu keçən Ələddin Bağırovu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.