Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ünvanda “Kia” və “Jeep” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə hər 2 avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.
[URIS id=85080]