Paytaxtın Nizami rayonu, Babək prospektində motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
29 yaşlı Coşqun Ağabalayev motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib və yol kənarındakı maneəyə çarpılıb. Nəticədə motosikletçi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.