Bakı - Şamaxı yolunda ağır qəza baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Bu gün saat 10:17 radələrində adıçəkilən yolun 21-ci km-də Vüqar Allahverdiyev “İsuzu” markalı yük avtomobili ilə piyada zolağından yolu keçən 27 taşlı Əfsanə Əzməmmədova və onun 3 yaşlı qızı Aylin Əzməmmədovanı vurub.
Nəticədə ana həyatını itirib azyaşlı qız isə xəsarət alıb. Hadisə ilə bağlı videogörüntülər yayılıb.
[video width="854" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/05/video_2023-05-04_17-11-06.mp4"][/video]