Bakıda yetim qızı dilənməyə məcbur ediblər. Bu haqda 16 noyabr tarixində Lent.az məlumat verib.
Paytaxtda 14 yaşlı qızın sənədləri əlindən alınıb və o, dilənməyə məcbur edilib. Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası uzun müddətdir ki, vəfat edib:
"Anası ölüb, atası isə həbs olunub. Bundan sonra qız uzun müddət dayısı və digər qohumlarının himayəsində olub. Son zamanlar isə əlil arabasında olan fiziki və əqli qüsurlu bir qadın özünü yazıq göstərərək qızı ələ alır. Belə ki, qız əlil arabasında olan həmin qadını “Torqovaya”da gəzdirərək pul dilənir. Həmin pulları qadın qızın əlindən alaraq tanışlarına faizlə borc verir. Qız hazırda sığınacağa yerləşdirilib".