Bakıda narkotiklə tutulan şəxsin 18 il əvvəl törətdiyi qətlin üstü açılıb. Bu haqda 17 dekabr tarixində Report xəbər verib.
Polis tərəfindən avqust ayında narkotik üstündə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 18 il əvvəl törətdiyi cinayət əməli üzə çıxıb. Məlum olub ki, 29 dekabr 2003-cü ildə Dadaşov Əmircan qəsəbəsində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.