Bakı məktəbinin müəllimi yol-nəqliyyat hadisəsində ölüb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Paytaxtın 246 saylı tam orta məktəbinin tarix müəllimi, 59 yaşlı Elza Kərimova bu gün səhər saatlarında Səbail rayonunda avtomobil yolunu keçən zaman onu “Kia” markalı nəqliyyat vasitəsi vurub. Nəticədə E.Kərimova hadisə yerində dünyasını dəyişib.
Qəzanın baş veridiyi yerdə yeraltı piyada keçidi mövcud olub. Faktla bağlı cinayət işinə başlanılıb.