Paytaxtın 3 rayonunda zəhərlənmə faktı qeydə alınıb. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat yayıb.
Suraxanı rayonunda 75 yaşlı Valid Ramazanov, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 38 yaşlı Əminə Həsənova və Nizami rayonunda 16 yaşlı Mədinə Həsənli yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər 3 zərərçəkən xəstəxanaya çatdırılıb. Təfərrüatlar araşdırılır.