Bakının Binəqədi rayonunda mağazaların birindən oğurluq əməlində şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata əsasən, mağazadan 5300 manat dəyərində 3 ədəd notbuk və mobil telefon oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Nurlan Mirzəyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.