Yanvarın 6-da gün ərzində getdikcə güclənən külək bəzi fəsadlara yol açıb. Güclü külək nəticəsində aşan ağac paytaxtda qadının başına düşüb. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət alan qadına ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxanaya çatdırılıb.
Həmçinin ötən gün paytaxtın Nizami rayonunda iri gövdəli ağac avtomobilin üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Sinoptiklər artıq bir neçə gündür ölkə ərazisində yanvarın 8-dən hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq edirlər.