Bakıda bir neçə ictimai iaşə obyektləri cərimələnib. Bu haqda bu gün, 27 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səbail rayonunda yerləşən “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarına riayət olunmadıığı aşkar olunub.
Bununla bağlı müəssisə rəhbərləri məsuliyyətə cəlb olunublar.
Keçirilən son əməliyyatlar zamanı paytaxt ərazisində 311 ictimai iaşə obyektlərində monitorinqlər aparılıb.