Bakıda ata həbsdə olan oğluna beş ədəd telefon vermək istəyərkən tutulub. Bu haqda Oxu.az məlumat verib.
Bakı şəhər sakini Mehdi Məmmədov Bakı İstintaq Təcridxanasına narkotik vasitələrin satışına görə təqsirli bilinərək həbs edilən oğlu ilə görüşə gələn zaman 5 ədəd mobil telefon ötürmək istəyib. Təcridxana əməkdaşları bu cəhdin qarşısını alıb.
Faktla bağlı araşdırma davam edir.