Sosial şəbəkələrdə Bakıda “avtoş”luq edən ata və oğulun videogörüntüləri yayılıb. Bu haqda Avtosfer.az 15 dekabr tarixində xəbər verib.
Həmin görüntülərdə hər iki sürücü “VAZ-2106” markalı avtomobillə əl əyləcindən istifadə edərək müxtəlif manevrlər edir. Bundan əlavə avtomobilə qanunsuz olaraq sayrışan işıqlar qoyaraq kobud qayda pozuntuları törədiblər.
Müxtəlif vaxt və küçələrdə çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşaraq reytinq yığmağa çalışıblar.