Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Report məlumat verib.
Əhmədli qəsəbəsində 37 yaşlı Rəşad Əsgərovu sərnişin avtobusu vurub, daha sonra onun sol qolunun üzərindən keçib.
Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlinin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə araşdırılır.