Bakının Xətai rayonunda azyaşlı piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Report məlumat verib.
10 yaşlı Y.Əsgərova yolu keçərkən onu avtomobil vurub. Uşaq qasıq və oturaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya aparılıb.
Hadisə araşdırılır.