Bakının Qaradağ rayonunda yol qəzası nəticəsində avtomobil yanıb. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Mercedes” markalı minik avtomobili dəmir maneəyə çarpılıb. Zərbə nəticəsində avtomobilin mühərrik hissəsi alışıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.