Bakıda üç avtomobilin iştirakı ilə baş vermiş yol qəzasının görüntüsü nəzarət kamerasına düşüb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən məlumat verir.
“Renault” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq qarşı tərəfdən gələn “Hyundai” markalı avtomobilə yol verməyib və qəza törədib. Daha sonra “Renault” idarəetmədən çıxaraq “Hyundai Terracan” markalı avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb. Hər üç avtomobilə maddi ziyan dəyib.