Bakının Nəsimi rayonunda 28 yaşlı gənc qətlə yetirilib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 28 yaşlı İsmət Qədirov münaqişə zəminində onunla eyni yaşda olan İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu qətlə yetirib.
Qədirov cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.