Bakı şəhəri, 21-22 noyabr tarixlərində 5 dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Bu haqda Report xəbər verib.
21 noyabr Suraxanı rayonu, Hövsan qəsəbəsində 46 yaşlı Güləbətin Məhərrəmova və həmin rayonun Qaraçuxur qəsəbəsində 22 yaşlı Səma Zeynalova dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıblar.
Həmin gün, Səbail rayonunda 23 yaşlı Sevinc İbişova yaşadığı evində dəm qazından zəhərlənib. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Bu gün, 22 noyabrda gecə saatlarında paytaxtın Nizami rayonunda 29 yaşlı Kamran Quliyev də həmin diaqnoz ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Daha bir oxşar hadisə bu gün səhər saatlarında baş verib. Nəsimi rayonunda yerləşən öz yaşadığı evində 45 yaşlı Nəzakət Babayeva dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırlıb.
Hər beş faktla bağlı araşdırmalar aparılır.