Paytaxtın Xətai rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli binanın 2-ci mərtəbəsində başlayıb. Nəticədə 9 ədəd sayğac və elektrik kabeli kül olub. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.