Bakının Nəsimi rayonu ərazisində evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanvarın 2-də Nəsimi RPİ 19-cu Polis Şöbəsinə verilən məlumata görə, evlərin birindən 7400 manat, 3600 ABŞ dolları və 1000 manat dəyərində qızıl üzük oğurlanıb. Pulu və qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.