Bakının Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən işıqforun bir hissəsi güclü külək nəticəsində qırılıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Hüseyn Cavid prospekti istiqamətindən gələn avtomobilliər üçün nəzərdə tutulan hərəkət nizamlayıcısı yerdən çıxıb və naqillərdən asılmış vəziyyətdə qalıb.
Həmçinin Bakıda gecə saatlarında güclü külək səbəbindən 15 ağac aşıb.