Bakının Xətai rayonunda bu gün saat 10:15-də gənc oğlan 15-ci mərtəbədən avtomobilin ön şüşəsi üzərinə düşüb. Bu haqda Oxu.az məlumat verib.
Gənc aldığı xəsarətlərdən yerindəcə keçinib.
Yerli sakinlərin sözlərinə görə, oğlan bu binanın sakini deyildi. Bunun intihar və ya qəza olduğu hələlik məlum deyil.
Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.