Paytaxtın Xətai rayonunda gənc oğlan bıçaqla özünə xəsarət yetirib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
25 yaşlı V.İsmayılov bıçaqla öz qarnına zərbələr endirib. O, Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Gənc oğlan bu addımı ailəsi ilə mübahisəyə görə əsəbiləşdiyi üçün etdiyini bildirib.
Təfərrüatlar araşdırılır.