Bakıda seyf oğurlanıb. Bu haqda Oxu.az 3 dekabr tarixində xəbər verib.
Hadisə Heydər Əliyev prospekti 2 ünvanında yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdə qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər içərisində azı 63 min manat olan, federasiyaya məxsus dəmir seyfi oğurlayıb.
Seyfdəki pulların 45 min manatı federasiyanın, qalan hissəsi isə federasiyanın baş mühasibinin olub.
Faktla bağlı araşdırma aparılır.