Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin dekabrın 2-də məhkəməsi başlayıb.
Report-a istinadən Bakıda gecə klublarının birində qətl törədən İbrahim Muxtarovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək baxış iclası dekabrın 6-da baş tutacaq.
Muxtarov Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham olunur.
Bundan əvvəl 7 il interpol xətti ilə axtarışa verilən 31 yaşlı İbrahim Muxtarov noyabrın 19-u saxlanılmışdır.