Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin dekabrın 20-də cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Report-a istinadən Bakıda gecə klublarının birində qətl törədən İbrahim Muxtarovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə atası Nadir Muxtarov dindirilib.
“İbrahim səhər mənə zəng elədi, xahiş etdi ki, Bərdəyə gedək. Oradan qayıdanda mənə dedi ki, belə bir hadisə olub, bir nəfər onu söyüb, sonra bıçaqlayıb. Özüm də getdim təslim oldum. Bir gündən sonra sərbəst buraxıldım. Daha sonra kafedə yanğın törətdiyim üçün həbs edildim”- Nadir Muxtarov ifadə verib. Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək növbəti proses 2022-ci ilin yanvarın 17-də baş tutacaq.
7 il interpol xətti ilə axtarışa verilən 31 yaşlı İbrahim Muxtarov noyabrın 19-u saxlanılmışdır. O, Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham olunur.