Ötən axşam İstanbul-Bakı reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarə ilk dəfədən Bakıya eniş edə bilməyib. Bu haqda Baku Tv reportaj hazırlayıb.
Güclü külək səbəbindən 1 saat Bakı səmasında qalan hava gəmisi 3-cü cəhddən hava limanına enişi həyata keçirə bilib.
Noyabrın 12-nə qədər davam edəcəyi gözlənilən qeyri-sabit hava şəraitinə baxmayaraq hava limanı işini adi rejimdə davam etdirir.