Bakıda Xətai rayonunda keçmiş həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az 1News-a istinadən məlumat verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 46 yaşlı İlqar Qəribov keçmiş həyat yoldaşı, 41 yaşlı Raminə Qəribovanı qətlə yetirməkdə şübhəli bilinir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda istintaq davam edir.