Bakıda küçədə ölüm hadisəsi baş verib. Bu haqda Lent.az 9 dekabr tarixində məlumat verib.
Xətai rayonunda, "Bakı kinoteatrı"nın qarşısında 60 yaşlı adı və soyadı hələlik bilinməyən kişi küçədə qəflətən dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.