Paytaxtın Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Report məlumat verib.
Belə ki, Lökbatan qəsəbəsində 41 yaşlı Namiq Əliyev özünə bıçaq xəsarətləri yetirib. Hadisə yerinə təcili tibbi yardımın briqadası cəlb olunub. Yaralı, qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.