Bakıda sərnişin avtobusun ödəniş terminalını sındırıb. Bu haqda Qafqazinfo xəbər verib.
Dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda sərnişin xuliqanlıq edib. Avtobusa minən sərnişin nağd ödəniş etmək istəyib, lakin sürücü ödənişin kartla olduğunu bildirib. Bununla razı olmayan sərnişin mübahisə edib və ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə şirkətə 13.400 manat ziyan dəyib.
Faktla bağlı araşdırma davam edir, lakin hadisəni törədən şəxs hələ saxlanılmayıb.